Xəbər lenti

Milli Məclisdə yeni sektor yaradıldı, bir sektor müdiri dəyişdi (FOTO)
Ölkə09:38 06.01.2022

Milli Məclisdə yeni sektor yaradıldı, bir sektor müdiri dəyişdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisdə yeni sektor yaradılıb, bir sektor müdiri dəyişib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Ruslan Hacıyev Dövlət qulluğu və kadr məsələləri şöbəsinin Deputat köməkçiləri ilə iş sektorunun müdiri vəzifəsinə təyin olunub.
Bu vəzifədə əvvəllər Elşad İsmayılov çalışırdı.
Eyni zamanda Milli Məclisdə Dövlət qulluğu və kadr məsələləri şöbəsinin Şəxsi işlərin aparılması sektoru yaradılıb. Bu sektora Kənan Axundov müdir təyin edilib.