Xəbər lenti

Milli Məclisin İntizam komissiyasının yeni tərkibi məlum oldu (SİYAHI)
Ölkə05:59 25.01.2019

Milli Məclisin İntizam komissiyasının yeni tərkibi məlum oldu (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin İntizam komissiyasının yeni tərkibi məlum olub.
Qaynarinfo-nun report-a istinadən xəbərinə görə, komissiyanın tərkibinə Ağacan Abıyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa ilə yanaşı, yeni üzvlər - Malik Həsənov, Sevinc Hüseynova, Hikmət Məmmədov, Pərvin Kazımzadə, Fəzail İbrahimli də daxil edilib.
Kamran Nəbizadə komissiyanın tərkibindən çıxarılıb.
Yeni tərkibin parlamentin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasında təsdiq ediləcəyi gözlənilir.
Xatırladaq ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, İntizam komissiyasının üzvlərinin sayı 7-dən 11-ə artırılıb.