AtaBank ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru vəzifəsinə təyinat olub.
Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, Bankın Kommunikasiyalar və PR şöbəsinin rəisi vəzifəsini icra edən Oruc İbrahimov Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, 2012-ci ildən AtaBank ASC-də fəaliyyətə başlayan O. İbrahimov Qarabağ müharibəsi zamanı həlak olmuş Milli Qəhrəman Cavanşir İbrahimovun oğludur.