Xəbər lenti

Milli Şuranın mitinqi ilə bağlı rəsmi açıqlama
Ölkə15:22 27.10.2013

Milli Şuranın mitinqi ilə bağlı rəsmi açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. 

Bakı Şəhər Baş Polis idarəsindən “Qafqazinfo”ya verilən məlumatına görə, saat 16.15-dən 17.15-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, KXCP, El Hərəkatı, eləcə də bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1000 (min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak ediblər.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

Qaynar.info