Milli Şuranın sessiyasının keçiriləcəyi tarix dəyişdirilib. Bunu APA-ya Milli Şuranın üzvü, “El” Hərəkatının İdarə Heyətinin sədr müavini Zəfər Quliyev deyib.
Z.Quliyev bildirib ki, sessiya avqustun 7-də keçiriləcək. Yığıncağın gündəliyinə təşkilati məsələlərin müzakirəsi salınıb: “Sessiyanın növbədənkənar olması haqda yayılan informasiyalar həqiqətə uyğun deyil, hətta deyərdim ki, Milli Şuranın sessiyasının keçirilməsi bir qədər gecikib”.
O, sessiyanın gündəliyinə salınmasa da, seçki mühiti və buna hazırlıqla bağlı vəziyyətin müzakirə olunacağını istisna etməyib: “Sessiyada Seçki Qərargahının sədri Eldar Namazovun hesabatı da dinləniləcək. Sessiyanın keçiriləcəyi yer və vaxtı ilə bağlı isə konkret qərar verilməyib. Yəqin ki, sessiya Klassik Xalq Cəbhəsi Partiyasının, yaxud Açıq Cəmiyyət Partiyasının qərargahında keçiriləcək”.
Sessiyanın qapalı keçiriləcəyini deyən Z.Quliyev sonda brifinqin olacağını da qeyd edib.