Xəbər lenti

Milli Televiziya və Radio Şurası polisdən kömək istədi
Ölkə08:20 17.04.2015

Milli Televiziya və Radio Şurası polisdən kömək istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən xüsusi razılıq (lisenziya) olmadan qanunsuz olaraq kabel şəbəkəsi yayım fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər barəsində müvafiq tədbirlər görülməsinə başlanılıb.
MTRŞ-dan APA-ya verilən məlumata görə, Sumqayıtda xüsusi razılıq (lisenziya) olmadan qanunsuz olaraq kabel şəbəkəsi yayım fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər aşkar olunaraq onlar barəsində müvafiq tədbirlər görülməsi məqsədilə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət ünvanlanıb.
Məlumatda deyilir ki, Bakıda, əsasən də yeni tikililərdə xüsusi razılıq (lisenziya) olmadan bir sıra fiziki və hüquqi şəxslər tərəfindən qanunsuz olaraq kabel şəbəkəsi yayım fəaliyyəti həyata keçirilir. Bununla əlaqədar olaraq xüsusi razılıq (lisenziya) olmadan kabel şəbəkəsi yayım fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər barəsində Milli Televiziya və Radio Şurasına (qaynar xətt: 012-498-18-82) məlumat verilməsi xahiş olunur.
Qaynar.info