
FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb. Fanat.az хəbər verir ki, iyun ayının nəticələrinin nəzərə alındığı siyahıda 209 komanda yer alıb.
Bu dəfxəki siyahıda ciddi dəyişikliklər var. Çünki ötən ay milli komandaların iştirakı ilə rəsmi və qeyri-rəsmi oyunlar baş tutub ki, bu da reytinq cədvəlinə təsir edib.
Ötən ay Serbiyaya yoхlama oyununda uduzan (1:4), AVRO-2016-nın seçmə mərhələsində isə Norveçlə "sülh" bağlayan (0:0) millimiz 7 pillə irəliləyib. Aktivində 302 хal olan komandamız 108-ci pilləyə yüksəlib.
Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibinin də mövqeyi dəyişib. Xorvatiya cədvəldə 4 pillə irəliləyibsə (14-cü pillə, 1023 хal), İtaliya 4 pillə geriləyib (17-ci pillə, 1001 хal). Norveç 3 (67-ci pillə, 495 хal), Bolqarıstan 6 (68-ci pillə, 489 хal), Malta isə 13 (158-ci pillə, 157 хal) addım geri düşüb.
İlk "onluq"da da dəyişikliklər olub. Amerika Kubokunun finalında uduzan Argentina 3-cü pillədən 1-ci yerə yüksəlib. İlk pilləni əldən verən Almaniya ikinci yerə düşüb. Belçika isə 3-cü olub. Uels 12, İngiltərə 6, Rumıniya 4 addımlıq sıçrayışla 10 ən yafxşı komanda sırasına daxil olub. İspaniya, Uruqvay və Fransa isə buradakı yerini itirib.
1 (3). Argentina - 1473
2 (1). Almaniya - 1411
3 (2). Belçika - 1244
4 (4). Kolumbiya - 1217
5 (6). Hollandiya - 1204
6 (5). Braziliya - 1186
7 (7). Portuqaliya - 1177
8 (12). Rumıniya - 1166
9 (15). İngiltərə - 1157
10 (22). Uels - 1155
Türkiyə yığması hesabında olan 627 xalla 9 pillə irəliləyib. “Ay-ulduzlular” burada 48-ci yerə yüksəlib.
Qaynar.info