İdman 20:33 02.07.2022

Millimiz Almaniya yığmasını məğlub etdi

Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyanın Nazare şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Qaynarinfo xəbər verir ki, yığma B qrupunun II matçında Almaniya kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin 6:5 hesablı qələbəsi ilə yekunlaşıb.

Əvvəlki görüşdə İtaliyaya 3:7 hesabı ilə uduzan komanda iyulun 3-də İspaniya ilə qarşılaşacaq.