Xəbər lenti

Millimiz Avropa birinciliyinə Türkiyədə hazırlaşır
İdman08:06 24.08.2021

Millimiz Avropa birinciliyinə Türkiyədə hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandası Türkiyənin Samsun şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edir.
Cüdo Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə Samsun toplanışına perspektivli gənc cüdoçularımızla yanaşı qardaş Türkiyənin də milli komandasının üzvləri qatılıblar. Gənclərdən ibarət komandamız məşqçilər Şümşat Bəhramov və İlham Məmmədovun başçılığı altında gündə 2 dəfə məşq edərək, gələcəkdə keçiriləcək mötəbər yarışlara hazırlaşırlar. 
Gənc cüdoçularımız sentyabrın 9-dan 12-dək Lüksemburqda keçiriləcək Avropa birinciliyində mübarizə aparacaqlar.
Səbuhi Həsənov