İdman 17:09 02.05.2021

Millimiz Avropa çempionatında üçüncü medalını qazandı

Rusiyanın Soçi şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa Çempionatında Azərbaycan yığması ikinci medalını qazanıb.

Fanat.az-ın məlumatına görə, böyüklər arasında tamblinq yarışında Mixail Malkin bürünc medala sahib olub.

Qeyd edək ki, daha öncə Hüseyn Abbasov və Maqsud Mahsudovdan ibarət sinxron cütlük gümüş, Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə və Tofiq Əliyevdən ibarət millimiz tamblinq yarışında bürünc medal qazanmışdı.