Xəbər lenti

Millimiz Bosniya və Hersoqovinaya yollandı
İdman12:01 09.08.2021

Millimiz Bosniya və Hersoqovinaya yollandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa çempionatının final mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası çempionata hazırlığını davam etdirir.
Voleybol Federasiyasından Qaynarinfoya verilən məlumata görə avqustun 1-7 də Macarıstanda təlim-məşq toplanışı ilə bərabər "Savaria” beynəlxalq turnirində də iştirak edən millimiz avqustun bu gün Bosniya və Herseqovinaya yola düşüb. 
Voleybolçularımız hazırlıq planına uyğun olaraq  təlim-məşqləri Bosniya və Herseqovinada davam edəcəklər. Vüqar Əliyevin rəhbərlik etdiyi komanda avqustun 16-da təlim-məşq toplantılarına yekun vuracaq və bir gün sonra çempionatın keçiriləcəyi Serbiyanın Belqrad şəhərinə yollanacaq.
A qrupunda yarışacaq komandamızın rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa, Bosniya və Herseqovina yığmaları olacaq.
Millinin oyunlarının təqvimi
20 avqust
17:00. Azərbaycan - Belçika
21 avqust
18:00. Azərbaycan – Bosniya və Herseqovina
22 avqust
17:00. Rusiya – Azərbaycan
24 avqust
20:00. Azərbaycan - Serbiya
25 avqust
17:00. Fransa – Azərbaycan
Səbuhi Həsənov