
Bu gün U-21 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirəcək.
Qaynarinfo xəbər verir ki, Milan Obradoviçin rəhbərlik
etdiyi yığmamız səfərdə Xorvatiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə
qarşılaşacaq.
Velika Qoritsa şəhərindəki stadionda keçiriləcək oyunu Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Denis
Şurmana meydanda Aleksandr Korniyko ilə Viktor Nijnik yardımçı olacaq. Dördüncü
hakim funksiyasını Viktor Kopievski yerinə yetirəcək.
Xorvatiya – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat
21:00-da start götürəcək.
Səbuhi Həsənov