Maltada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.
Qaynarinfo xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Latviya ilə üz-üzə gələcək. Ta Qali şəhərindəki Milli Stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Komanda tarixində 5-ci dəfə Latviya ilə üz-üzə gələcək. Əvvəlki 4 yoldaşlıq matçının 3-ü heç-heçə ilə yekunlaşıbsa, 1-də Azərbaycan millisi qələbə qazanıb. Topların nisbətində də yığmanın üstünlüyü var - 5:3.
Qarşılşamanı Maltadan olan hakimlər briqadası idarə edəcək.
Komanda martın 25-də ilk yoldaşlıq görüşündə Maltaya 0:1 hesabı ilə uduzub, Latviya isə Küveyt seçməsi ilə heç-heçə edib - 1:1.
29 mart
Yoldaşlıq oyunu
15:00. Azərbaycan - Latviya
Hakimlər: Trustin Farruca Kann, Luke Portelli, Dunkan Sultana, Andrea Skiriha
Malta. Ta Qali. Milli Stadion.
Səbuhi Həsənov