21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün növbəti matçına çıxacaq.
Qaynarinfo xəbər verir ki, Milan Obradoviçin komandası Norveç yığması ilə qarşılaşacaq. "Bakcell Arena”da, saat 20:00-da keçiriləcək oyun "CBC Sport" televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.
Avropa çempionatının seçmə mərhələsi
20.00. Azərbaycan (U-21) - Norveç (U-21)
Hakimlər: Vasilis Fotias, Krisula Korompiliya, Andreas Meintanas, Agelos Evangelu
"Bakcell Arena"
Səbuhi Həsənov