Xəbər lenti

Millimiz bu gün yunanlarla qarşılaşcaq
İdman06:20 03.03.2023

Millimiz bu gün yunanlarla qarşılaşcaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futzal millimiz bu gün DÇ-2024-ün əsas mərhələsində növbəti oyununu keçirəcək.
 
Qaynarinfo-nun məlumatına görə, Joze Alesio Da Silvanın rəhbərlik etdiyi komanda Yunanıstan millisi ilə qarşılaşacaq.
Bakı İdman Sarayındakı qarşılaşma saat 20:00-da start götürəcək. Görüşü Eduardo Koelhonun başçılıq etdiyi portuqaliyalı hakimlər briqadası idarə edəcək.
DÇ-2024, əsas mərhələ
 
3 mart 
20.00. Azərbaycan – Yunanıstan
Hakimlər: Eduardo Fernandes Koelho, Kristiano Santos, Felipe Qonsalo Santos Duarte
Timekipper: Ceyhun Hüseynov
Hakim-inspektor: Edi Sunyiç (Xorvatiya)
UEFA nümayəndəsi: Haugen Kim Robin (Norveç)
Bakı İdman Sarayı. 
Yığmamız 6-cı qrupda 6 xalla liderdir. Bir oyun çox keçirən Polşa kollektivinin də eyni xalı var. Komanda qrupdakı sonuncu matçında martın 7-də Polşanın qonağı olacaq.
Səbuhi Həsənov