
Qaynar.info xəbər verir ki, Azərbaycan yığması bu gün qrup mərhələsi çərçivəsində ikinci və sonuncu oyununu keçirib.
İlk oyunda Sloveniyanı 7:6 hesabı ilə yenən millimiz İtaliyanı sınağa çəkib. Əslində, qrup lideri olmaq üçün yığmamıza qələbədən əlavə, heç-heçə də kifayət edirdi. Bundan başqa, istənilən milimal hesablı yenilgi də komandamızın mübarizəni davam etdirməsinə şərait yaradacaqdı.
Millimiz nəyinki özünə lazım olan hesabı təmin edə bilməyib, hətta bütün dünyaya rəzil olub. Belə ki, İtaliya yığmamızın qapısına 7 cavabsız top vurub.
Qaynar.info