Xəbər lenti

Millimiz DÇ-2022-də növbəti matçını keçirəcək
İdman06:42 09.10.2021

Millimiz DÇ-2022-də növbəti matçını keçirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Millimiz bu gün DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Qaynarinfo xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi komanda İrlandiya yığmasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü Norveçdən olan FIFA referisi Espen Eskas idarə edəcək.
Azərbaycan millisində yeganə itki Bəhlul Mustafazadədir. "Qarabağ"ın müdafiəçisi zədəli olduğu üçün heyətdən çıxarılıb. Bu komandalar arasında ötən ay Dublində baş tutan ilk oyun 1:1 hesabı ilə yekunlaşmışdı. Hazırda 1 xalı olan millimiz sonuncu pillədə qərarlaşıb. İrlandiya isə 2 xalla 4-cüdür.
Bu qrupun digər görüşündə Serbiya millisi Lüksemburqun qonağı olacaq.
DÇ-2022, seçmə mərhələ
A qrupu
20:00. Azərbaycan - İrlandiya
Hakimlər: Espen Eskas, Kim Tomas Haqlund, Oystein İtterland, Kay Erik Stin (Norveç)
Bakı Olimpiya Stadionu.
Portuqaliya - 13, Serbiya - 11, Lüksemburq - 6, İrlandiya - 2, Azərbaycan - 1
Səbuhi Həsənov