Xəbər lenti

Millimiz dünya çempionatında iştirak edə bilər
Ölkə09:37 27.03.2014

Millimiz dünya çempionatında iştirak edə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Millətlər Liqasının təşkilinə qərar verən UEFA Azərbaycan millisinin AVRO-2020-yə vəsiqə qazanması üçün yeni imkan yaradıb. 

Apasport.az-ın məlumatına görə, qitə futbol qurumunun bu gün Qazaxıstanın paytaxtı Astanada keçirilən növbəti konqresində bütün milli assosiasiyaların yekdilliklə səs verdiyi yeni turnirin formatı müəyyənləşməsə də, bəzi detallar açıqlanıb.

UEFA-nın baş katibi Canni İnfantino bildirib ki, AVRO-2020-nin 20 iştirakçısı ənənəvi seçmə mərhələ vasitəsi ilə müəyyənləşəcək. Digər 4 ölkənin adına isə Millətlər Liqasında aydınlıq gələcək. Yeni turnirdə uğur qazananlar qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcəklər.

Qeyd edək ki, AVRO-2020-nin oyunları 13 müxtəlif şəhərdə keçiriləcək. Artıq Bakının sənədlərini qitə çempionatına ev sahibliyinə namizəd şəhər kimi verilib.

Qaynar.info