Xəbər lenti

Millimiz dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazandı
Ölkə23:33 14.04.2026

Millimiz dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Qaynarinfo xəbər verir ki, səfərdə Andorra ilə üz-üzə gələn Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv 3:1 hesablı qələbə qazanıb.
Yığmanın heyətində Sevinc Cəfərzadə (15, 51) dubl müəllifi olub. Esra Manya (90+5) isə millinin üçüncü qolunu vurub.
Qarşılaşma "Andorra la Vella" stadionunda keçirilib.
Daha əvvəl Macarıstana uduzan yığma (0:1) Şimali Makedoniyanı (2:0) məğlub edib.
Qeyd edək ki, Azərbaycan millisi hazırda C Liqasının 3-cü qrupunda 6 xalla ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın 7, üçüncü sıradakı Şimali Makedoniyanın 3, sonuncu pillədəki Andorranın 1 xalı var.