Xəbər lenti

Millimiz Dünya Seriyası üçün İtaliyaya yollandı
İdman13:40 02.09.2021

Millimiz Dünya Seriyası üçün İtaliyaya yollandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah İtaliyanın paytaxtı Romada çimərlik güləşi üzrə Dünya Seriyasının mərhələ turniri start götürəcək.
Azərbaycan Güləş Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə yarış iki gün davam edəcək. Romada çimərlik güləşi üzrə millimizin baş məşqçisi Oyan Nəzərianinin rəhbərliyi altında iştirak edəcək heyət bu gün İtaliyaya yollanıb. Dünya Seriyasında ölkəmizi Mahal Novruzov (70 kq), Omid Kamaliağdam (80 kq), İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil edəcək.
Sentyabrın 3-də Bakı vaxtı ilə saat 12:00-da qrup mərhələsində mübarizəyə start veriləcək. Növbəti gün əvvəlcə qrupda son görüşlər keçiriləcək. Saat 17:00-da isə yarımfinal və final görüşləri başlayacaq.
Beynəlxalq dərəcəli hakim Sədi Quliyev Dünya Seriyasında ədaləti qoruyacaq.
Səbuhi Həsənov