
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan millisinin mövqeyində dəyişiklik baş verməyib.
Berti Foqtsun komandası 398 xalla 85-ci pillədə qərarlaşıb. "Avro-2016"dakı rəqiblərimizə gəlincə ən yaxşı göstərici İtaliya millisinə məxsusdur. Appenin təmsilçisi 9-cu yerdəki mövqeyini qoruyub. Digər rəqiblərimizdən Xorvatiya (0) 20-ci, Norveç (+1) 55-ci, Bolqarıstan (0) 73-cü və Malta isə (-1) 128-ci pillədə qərarlaşıb.
Ümumilikdə siyahıya yenə İspaniya yığması başçılıq edir. Son dünya və Avropa çempionları 1460 xalla bütün rəqiblərini geridə qoyub. Almaniya (1340) ikinci, Portuqaliya (1245) isə üçüncü olub.
Qaynar.info