Xəbər lenti

Millimiz final mərhələsində
İdman08:32 31.03.2013

Millimiz final mərhələsində

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan milli komandası futzal üzrə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Qaynar.info xəbər verir k, millimiz əsas seçmə mərhələnin son oyununda Slovakiya yığmasını 2:1 hesabı ilə məğlub edib. Slovakiya yığmasının qapısından topları Biro Jade və Namiq Məmmədkərimov keçirib.

Komandamız qrupda keçirdiyi ilk oyunda Norveç yığmasını 6:0, ikinci qarşılaşmada isə Bosniya və Herseqovina millisini 3:2 hesabı ilə məğlubiyyətə uğratmışdı. Beləliklə, millimiz 2014-cü il yanvarın 28-dən fevralın 8-dək Belçikanın Antverpen şəhərində təşkil olunacaq Avropa çempionatının final mərhələsinə maksimum nəticə ilə, qrup birincisi olaraq vəsiqə əldə edib.

Qaynar.info