Xəbər lenti

Millimiz gerilədi - UEFA reytinqi
İdman16:41 18.11.2016

Millimiz gerilədi - UEFA reytinqi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün milli komandaların UEFA reytinqinin yeni siyahısı açıqlanıb.

Qitənin 55 komandasının yer aldığı siyahıda millimiz ötən ayla müqayisədə 1 pillə geriləyib.

Xal hesabı 16701 olan komandamız 39-cu yerə enib.

DÇ-2018-in seçmə mərhələsində səfərdə Şimali irlandiyaya uduzması (0:4) millimizin geriləməsinə səbəb olub.

Millimizin rəqiblərindən Almaniya zirvədəki yerini qoruyub.

Çexiya 1 pillə yüksəlib və 23-cü yerdə qərarlaşıb. Şimali İrlandiya da 1 pillə irəliləyərək 26-cı yerə yüksəlib. Norveç 1 pillə geriləyərək 32-ci yerə düşüb. San Marino isə 54-cüdür. (qol.az)

Qaynarinfo.Az