Xəbər lenti

Millimiz İngiltərəyə yola düşdü
İdman16:10 21.06.2013

Millimiz İngiltərəyə yola düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Stok Mondevile şəhərində dünya çempionatına hazırlıq mərhələsi keçirilir

Kamandan oxatma idmanı üzrə Milli Paralimpiya komandası dünya çempionatının hazırlıq mərhələsində iştirak etmək üçün İngiltərənin Stok Mondevile şəhərinə yola düşüb. Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, beynəlxalq turnir 22 iyul 2013 cu il tarixdə keçiriləcək.

Tahir Adilovun başçılıq etdiyi 5 idmançıdan ibarət komanda bu şəhərdə Tailandın Banqkok şəhərində keçiriləcək dünya çempionatına son hazırlıq mərhələsini keçəcək. 

Nümayəndə heyyətinin rəhbəri, AMPK-nın idman şöbəsinin müdiri Ramin Kəsəmənski yarış öncəsi verdiyi müsahibədə turnirdə komandamızın uğurla çıxış edəcəyinə əmin olduğunu və və bu oyunların lisenziya xarakterli olmasada komanda üçün çox vacib əhəmiyyət daşıdığını vurğulayıb.