Xəbər lenti

Millimiz MDB oyunlarını böyükhesablı qələbə ilə bitirdi
İdman13:54 10.09.2021

Millimiz MDB oyunlarını böyükhesablı qələbə ilə bitirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Kazan şəhərində təşkil olunan I MDB oyunları çərçivəsində 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün son oyununu keçirib.
Qaynarinfo Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, moldovalı həmyaşıdları ilə üz-üzə gələn komandamız 10:5 hesablı qələbə qazanıb.
Əli Mahmudovun het-trik etdiyi matçda Nurlan Məmmədzadə, Xəzər Ağalızadə dubla imza atıb. Digər qolları isə Şahmar Cəfərli, Mirzə Əmirov və Fuad Məmmədzadə vurub.
Buna qədər Qırğızıstana 3:8, Belarusa 0:6 hesabı ilə məğlub olan millimiz turniri 5-ci pillədə bitirib. 
Səbuhi Həsənov