Xəbər lenti

Millimiz məğlub oldu
İdman08:37 10.05.2014

Millimiz məğlub oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kişi voleybolçulardan ibarət milli komandamız Makedoniyada keçirilən Avropa çempionatının ilkin seçmə mərhələsində birinci oyununu keçirib. 

Apasport.az-ın məlumatına görə, yığmamızın ilk rəqibi meydan sahibləri olub.

Görüş Makedoniyanın 3:0 (25:15, 25:17, 25:15) hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun digər oyununda da Qafqaz təmsilçisi məğlub olub. Belə ki, Gürcüstan İsveçə boyun əyib – 1:3 (25:19, 26:28, 11:25, 14:25).

Qeyd edək ki, bu gün yığmamız İsveçlə qarşılaşacaq. 

Qaynar.info