Xəbər lenti

Millimiz Mərakeşə uduzdu
İdman15:02 28.11.2023

Millimiz Mərakeşə uduzdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın futzal üzrə U-19 millisi AFFA-nın təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən beynəlxalq turnirdə ikinci oyununa çıxıb.
"Report”un məlumatına görə, təmsilçimiz Mərakeşin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Bu gün Bakı İdman Sarayında keçirilən görüş rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-19 millimiz daha öncə Belarus yığmasına 1:3 hesabı ilə uduzmuşdu. Yarışa noyabrın 30-da keçiriləcək Belarus - Mərakeş matçı ilə yekun vurulacaq.