Xəbər lenti

Millimiz “Qalatasaray”a qalib gəldi
İdman15:40 19.04.2023

Millimiz “Qalatasaray”a qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İstanbulda təlim-məşq toplanışında olan 16 yaşadək qız basketbolçulardan ibarət yığmamız növbəti yoxlama oyunlarını keçirib.
Qaynarinfo Azərbaycan Basketbol Federasiyasına istinadən xəbər verir ki, baş məşqçi Evren Alkayanın rəhbərlik etdiyi millimiz güclü rəqibi İstanbul çempionu "Qalatasaray” klubunun qızlardan ibarət U-16 komandasına qarşı oyundan 72:58 hesablı qələbə ilə ayrılıb.
Qızlarımız müvafiq olaraq "İstanbul Asya” komandasına 88:66, "İstanbul Panterləri”nə isə 62:36 hesabları ilə qalib gəliblər.