Xəbər lenti

Millimiz son 5 ilin ən yaxşı nəticəsini göstərdi, 4-cü oldu
İdman05:14 19.08.2021

Millimiz son 5 ilin ən yaxşı nəticəsini göstərdi, 4-cü oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında sərbəst güləş üzrə yarış başa çatıb.
Qaynarinfo xəbər verir ki, yarışa 9 idmançıyla yollanan millimizin 5 üzvü fəxri kürsüyə qalxıb. Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramovla (74 kq) Saqadulla Ağayev (86 kq) isə bürünc medal qazanıb. 
Böyük məşqçi Cəbrayıl Həsənov və məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun rəhbərliyi altında mundialda iştirak edən komandamız yekunda 122 xal toplayaraq dünyada 4-cü yeri tutub. İlk "3-lük"də İran(178), Rusiya (142) və ABŞ (129) yer alıb.
Sərbəst güləş üzrə yığmamız medalların sayına görə son 5 ilin ən yaxşı nəticəsinə imza atıb. "Sərbəstlər" sonuncu dəfə 2016-cı ildə Fransanın Makon şəhərində keçirilən gənclərin dünya çempionatında 5 medal əldə etmişdi.
Səbuhi Həsənov