Xəbər lenti

Millimiz son oyunda ilk qələbəsini qazandı
İdman13:09 09.10.2016

Millimiz son oyunda ilk qələbəsini qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin qarşılaşmaları Litvada təşkil olunan V qrupunda III turun oyunları keçrilib. Qaynarinfo.Az xəbər verir ki, Azərbaycan millisinin çıxış etdiyi qrupun üçüncü oyun günündə hər iki matç eyni saatda start götürüb.
 
İlk oyunda Avstriyaya (1:4), ikinci turda isə Bosniya və Hersoqovinaya (1:2) məğlub olan millimiz bu dəfə meydan sahibləri Litva millisi ilə qarşılaşıb. Rəqibimizin də bizim kimi iki matçdan sonra xalı olmasa da, hər iki komanda növbəti tura yüksəlmək şansını cüzi də olsa, saxlayırdı. Belə ki, qruplarda ilk iki yerin sahibləri ilə yanaşı ən yaxşı üçüncü yerin sahibi olan bir komanda da qrupdan çıxmaq sevincini yaşayacaq.
Bu baxımdan meydan sahibləri ilə matçda qələbə Nazim Süleymanovun yetirmələri üçün vacib idi. İlk dəqiqələrdən qələbə istəyini ortaya qoyan millimiz 33-cü dəqiqədə Fərid Nəbiyevin qoluna sevinib. İlk yarının son saniyələrində isə Rövlan Muradov rəqibi meydanın mərkəzinə dəvət edib. Bundan sonra oyunda qol olmayıb və yığmamız 2:0 hesablı qələbə qazanıb.
Turun digər matçında isə liderlər - Avstriya və Bosniya və Hersoqovina milliləri üz-üzə gəlib. Bu oyunda avstriyalılar 3:1 hesablı qələbəyə sevinib.
Beləliklə, Avstriya maksimum nəticə ilə 1-ci, Bosniya və Hersoqovina 6 xalla 2-ci, millimiz 3 xalla 3-cü pilləni tutub. Aktivində xal olmayan Litva isə sonuncu olub.
Avropa çempionatı (U-19)
Seçmə mərhələ
V qrup, III tur
9 oktyabr
Azərbaycan - Litva 2:0
Qollar: Fərid Nəbiyev, 33. Rövlan Muradov, 45+1.
Azərbaycan: 12. Süleyman Süleymanov, 3. Emil Əliyev, 5. Əli Əliyev, 6. Anton Krivotyuk, 7. Fərid Nəbiyev, 10. Ziya Əzizov, 11. Rövlan Muradov, 13. Hacıağa Hacıyev (k), 17. Murad Xaçayev, 18. Famil Camalov, 20. Ömər Buludov.
Ehtiyat oyunçular: 1. Elnur Orucov, 2. Amin Seydiyev, 8. Ruslan Hacıyev, 9. Camal Camalov, 10. Yusif Cəfərov, 11. Tural Bayramlı.
Baş məşqçi: Nazim Süleymanov.
Litva: 12. Titas Krapikas, 4. Tadas Paulikas, 5. Martinas Medelinskas, 6. Linas Mrqelaitis (k), 8. Dominikas Kubilinskas, 10. Ernestas Stokkünas, 13. Julius Momkus, 14. Edvinas Kloniunas, 15. Rokas Lekiatas, 16. Eliqiyus Yankauskas, 18. Deyvidas Şeşplaukis.
Ehtiyat oyunçular: 1. Ovidiyus Şiaulys, 2. Matas Voronko, 7. Vilius Giedraitis, 9. Domantas Vitkus, 11. Erik Motuz, 17. Cuqas Sünelaitis.
Baş məşqçi: Svayunas Cesnulis.
Hakimlər: Georgias Kizas, Çasan Kula (Yunanıstan), Frederik Qodelayn, Conatan Lardot (Belçika).
Alitus. Alitus stadionu.
Avstriya - Bosniya və Hersoqovina 3:1
Qollar: Sandi Lovriç, 33-pen. Kevin Danso, 50. Ceyhun Tüccar, 90+3 - Benjamin Hadziç, 6.
Hakimlər: Georgi Kabakov, Martin Marqaritov (Bolqarıstan), Vitis Snarskis, Manfredas Lukyançiukas (Litva).
Marijampole. Süduva stadionu.
Qaynarinfo.Az