Xəbər lenti

Millimiz taekvondonun yaradıcılarını məğlub edib dünya çempionu oldu
İdman13:30 13.12.2016

Millimiz taekvondonun yaradıcılarını məğlub edib dünya çempionu oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kişi taekvondoçulardan ibarət millimiz Bakıda keçirilən komandalararası dünya çempionatının qalibi olub. 

Qaynarinfo.Az xəbər verir ki, yarımfinalda türkiyəli həmkarlarını üstələyən (33:3) dayanq ustalarımız həlledici görüşdə Koreya Respublikasına 21:5 hesabı ilə qalib gələrək, ardıcıl 2-ci dəfə bu uğura yiyələnib.

Komandamız bu uğuru Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə və Sina Bahrami (hər ikisi -68 kq), Səid Quliyev (-74 kq), Milad Beiqi Hərçəqani (80 kq) və Radik İsayevdən (+87 kq) ibarət heyətlə qazanıb.

Qadınların yarışında finalda Çin və Koreya Respublikası qarşılaşıb. Bu döyüşdə də koreyalılar məğlub olub (4:6).

Xatırladaq ki, ötən il Meksikada təşkil olunmuş və Dünya Kuboku adlanan yarışda da kişi millimiz baş mükafata yiyələnmişdi.

Qaynarinfo.Az