Bu gün Türkiyənin Antalya şəhərində çimərlik futbolu üzrə Azərbaycan və qardaş ölkənin milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Qaynarinfo-nun məlumatına görə qarşılaşma 4:3 hesabı ilə türklərin xeyrinə başa çatıb.
Millimizin heyətində Sabir Allahquliyev, Comərd Baxşəliyev və Orxan Məmmədov fərqlənib. Bu komandalar arasında növbəti oyun sabah – mayın 4-də keçiriləcək.
Səbuhi Həsənov