Xəbər lenti

Millimiz yoxlama görüşləri keçirəcək
İdman18:21 20.07.2021

Millimiz yoxlama görüşləri keçirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı Bakıda davam etdirir. 
Qaynarinfo Azərbaycan Voleybol Federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq planına uyğun olaraq yığmamız iyulun 26-na kimi paytaxtda təlim-məşqlərlə bərabər bir neçə yoxlama  görüşü də keçirəcək.
Rəqib Avropa çempionatının iştirakçıları olacaq Belarus və Macarıstan milliləridir. Hər iki komanda artıq Bakıdadır və bu gün AVF-nin idman zalında ilk məşqini keçirib.
Yoxlama oyunları Azərbaycan Voleybol Federasiyasının idman zalında və Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində keçiriləcək. 
21 iyul
16:30. Azərbaycan –Macarıstan (FHN)
22 iyul
16:30. Azərbaycan – Belarus (FHN)
23 iyul
16:30. Azərbaycan – Macarıstan (AVF)
25 iyul
10:30. Azərbaycan – Belarus (AVF)