Xəbər lenti

Millimizdən daha bir məğlubiyyət
İdman18:31 12.11.2021

Millimizdən daha bir məğlubiyyət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Qaynarinfo xəbər verir ki, komandamız Avstriya yığmasını qəbul edib.
"Bakcell Arena”dakı matç qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
42-ci dəqiqədə Emanuel Aivu hesabı açıb. 72-ci dəqiqədə Romano Şmid penaltini dəqiq yerinə yetirib. Şmid 3 dəqiqə sonra dubl edib.
AVRO-2023-ün seçmə mərhələsi
A qrupu
12 noyabr
20:00. Azərbaycan – Avstriya – 0:3
Qollar: Emanuel Aivu, 42, Romano Şmid, 72 (pen.), 75
Baş hakim: Miloş Milanoviç (Serbiya)
Bakı. "Bakcell Arena”
1 Xorvatiya 550014-315
2 Avstriya 640217-612
3 Norveç 430113-49
4 Finlandiya 42117-47
5 Azərbaycan 5 0142-171
6 Estoniya 60060-190
Qeyd edək ki, dünən futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması Lüksemburq komandasına 1:3 hesabı ilə məğlub olub.