U-19 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib.
Qaynarinfo xəbər verir ki, Elxan Abdullayevin komandası Lüksemburqda İspaniya ilə qarşılaşıb. Görüş rəqibin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 6:0.
Millimiz seçmə mərhələnin ilk görüşündə qrupun digər iştirakçısı Belçika yığmasına 1:5 hesabı ilə məğlub olmuşdu.
Avropa çempionatının seçmə mərhələsi
İspaniya (U-19) - Azərbaycan (19) 6:0
(Torre, 23, 69, Serrano, 35, Martinez, 71, Rodrigez, 76, Moleyro, 90+2)
Hakimlər: Davit Koote, Nik Hopton (hər ikisi İngiltərə), Dani Dias Balsa, Sedrik Biever (hər ikisi Lüksemburq)
Bissen, "Terran Busbirq" stadionu
Səbuhi Həsənov