Xəbər lenti

Millimizin 3 futbolçusu heyətdən kənarlaşdırıldı
İdman09:32 03.06.2022

Millimizin 3 futbolçusu heyətdən kənarlaşdırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi bu gün səfərdə Qazaxıstana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının I tur oyunu üçün "23-lüy"ü müəyyənləşdirib.
"Report"un məlumatına görə, 66 yaşlı mütəxəssis yığmaya dəvət etdiyi 26 oyunçudan 3-nü heyətdən çıxarmalı olub.
De Byazi Anton Krivotsyuk, Abbas Hüseynov və Coşqun Diniyevin xidmətindən yararlanmamağı qərara alıb.
Meydan sahiblərində isə 10 futbolçu ilkin heyətdən çıxarılıb.
Qeyd edək ki, bu gün "Astana Arena"da oynanılacaq Qazaxıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Yığma 3 gün sonra Serbiyanın Novi Sad şəhərində Belarusla üz-üzə gələcək.