Xəbər lenti

Millimizin Avropa çempionatına yollanacaq heyəti
İdman07:20 02.09.2019

Millimizin Avropa çempionatına yollanacaq heyəti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sentyabrın 4-də Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatı start götürəcək. 
Qaynarinfo xəbər verir ki, 7 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək. 
Komandamız qitə birinciliyində tam heyətlə təmsil olunacaq. Yığmanın baş məşqçisi Əsgər Eyvazov yarışda Ruslan Qədirov (49 kq), Maqsud Xasmetov (52 kq), Əzrək Bəbirov (56 kq), Eldar Babayev (60 kq), Rəşid Həsənov (64 kq), Səlim Səlimov (69 kq), İror Platov (75 kq), Murad Allahverdiyev (81 kq), Əsəd Baxşıyev (91 kq) və Fuad Ağayevə (+91 kq) şans verəcək. 
Təlim-məşq toplanışını başa vuran boksçularımız artıq Sofiyaya yollanıblar.
Qeyd edək ki, Avropa birinciliyində püşkatma mərasimi sentyabrın 3-də olacaq. Təsnifat mərhələsinin döyüşləri ayın 4-8-də, yarımfinal görüşləri sentyabrın 9-da keçiriləcək. Çempionatın qaliblərinin adları isə ayın 10-da bilinəcək.