Xəbər lenti

Millimizin Avropa çempionatındakı oyunlarının təqvimi müəyyənləşdi
İdman10:10 21.07.2022

Millimizin Avropa çempionatındakı oyunlarının təqvimi müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisinin Avropa çempionatının təsnifat mərhələsindəki oyunlarının təqvimi bəlli olub.
Qaynarinfo xəbər verir ki, Pərviz Səmədovun rəhbərlik etdiyi komanda A qrupundakı ilk matçını avqustun 3-də Bakıda Danimarkaya qarşı keçirəcək. Voleybol Mərkəzindəki görüş saat 18:00-da başlayacaq.
Yığma 3 gün sonra eyni məkanda saat 18.00-da Türkiyə yığmasını qəbul edəcək. 
Milli avqustun 17-də Türkiyənin, avqustun 20-də isə Danimarkanın qonağı olacaq.
Oyunlar Bakı vaxtı ilə saat 17:30-da və saat 19:00-da başlayacaq.
Səbuh Həsənov