Xəbər lenti

Millimizin baş məşqçinin səhhətində problem yarandı, əməliyyat olunacaq
İdman07:06 13.03.2023

Millimizin baş məşqçinin səhhətində problem yarandı, əməliyyat olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa çempionatının əsas mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət millimizin baş məşqçisi Ağatahir Əzimovun səhhətində problem yaranıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, mütəxəssis ürəyindən əməliyyat olunacaq. Əməliyyatın yaxın iki gün ərzində həyata keçiriləcəyi gözlənilir. Əsas mərhələ üçün təlim-məşq toplanışını davam etdirən millimizin hazırklıq prosesinə isə U-17-nin baş məşqçisi İlqar Aslanov rəhbərlik edir. Komandanı AÇ-nin oyunlarına da İlqar Aslanov çıxaracaq.
İlqar Aslanov
Qeyd edək ki, U-19 əsas mərhələdə Bosniya və Herseqovina, Fransa və Yunanıstanla eyni qrupda yer alıb. Bu qrupun oyunları martın 21-dən 26-dək Bosniya və Herseqovinanın Şiroki Briyeq şəhərində keçiriləcək.  
Səbuhi Həsənov