
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaq yığmaların oyunlarını izləmək üçün Fransaya gedib.
Qaynarinfo.az xəbər verir ki, Prosineçki Avro-2016-nın D qrupunda Tuluza şəhərində keçirilmiş İspaniya – Çexiya oyununu izləyib. Bu matç İspaniyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Avropa çempionatında Çexiyadan başqa, bizim qrupda yer alan komandalardan Almaniya və Şimali İrlandiya da iştirak edir.
Qaynarinfo.az