
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki İtaliya "Roma"sının Bakıda "Qarabağ"ı yenməsinə sevinib.
"Qaynarinfo" sportnet.az-a istinadən xəbər verir ki, bu barədə xorvatiyalı mütəxəssisin özü İspaniya mətbuatına açıqlamasında bildirib.
Prosineçki hazırda "Roma"da idman direktoru vəzifəsində çalışan dostu Monçiyə görə şad olduğunu bildirib: "Biz onunla "Sevilya"da birgə çıxış etmişik. Oyunu izləməmişdən əvvəl Monçi ilə şam etdik".
Qeyd edək ki, Monçi futbolçu karyerası ərzində uzun müddət (1990 - 1999) "Sevilya" formasını geyinib. Robert Prosineçki ilə o, 1996-1997 mövsümündə komanda yoldaşı olub. Monçi sonradan elə bu klubda idman direktoru vəzifəsində çalışıb. 2017-ci ilin aprelindən isə 49 yaşlı mütəxəssis "Roma"da eyni vəzifədə çalışır.
Qaynarinfo.Az