Xəbər lenti

Millimizin baş məşqçisi Xorvatiyanın prezidenti ilə görüşdü - FOTO
İdman12:30 25.10.2016

Millimizin baş məşqçisi Xorvatiyanın prezidenti ilə görüşdü - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin və həyat yoldaşı Yakov Kitaroviçin şərəfinə rəsmi ziyafət verilib. 

Qaynarinfo.Az xəbər verir ki, ziyafətdə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki və köməkçisi Qordon Tsipriç də iştirak edib. Prosineçki ziyafətdə Azərbaycan nümayəndə heyəti ilə eyni sırada əyləşib.

Qeyd edək ki, dünən prezident İlham Əliyev Robert Prosineçkinin rəhbərliyi altında millimizin uğurla çıxış etdiyini söyləyib və buna görə xorvatiyalı mütəxəssisə təşəkkürünü bildirib.

Qaynarinfo.Az