
Milli komandanın favoritlərindən İrina Zaretska (-68 kq) Fransanın paytaxtı Parisdə Karate 1 Premyer Liqasının gümüş medalını qazanıb.
Qaynarinfo.Az xəbər verir ki, Niyazi Əliyev (-67 kq) isə bürünc medal uğrunda son təsəlliverici görüşdə qələbəni əldən verib.
Maliyyə çətinliyi səbəbindən Dünya Karate Federasiyasının (WKF) nüfuzlu turnirlər seriyasından olan Karate 1 Premyer Liqasında milli komandanın yalnız bir neçə üzvü iştirak edib. Onlardan Roman Heydərov (kata) səhhətində yaranan problemlə əlaqədar, Sərxan Quluzadə (+84 kq) isə zədə üzündən mübarizəni davam etdirə bilməyiblər.
Qeyd edək ki, Azərbaycan Milli Karate Federasiyasının prezidenti və WKF-in Texniki Komitəsinin üzvü Yaşar Bəşirovun rəhbərliyi ilə Fransaya yollannan heyətdə beynəlxalq hakimlər Yusif Məmmədov və Anar Allahverdiyev turniri idarə edən hakimlər arasında olublar.
Qaynarinfo.Az