Xəbər lenti

Millimizin futbolçusu Skandinaviya klubuna gedir
İdman12:09 07.08.2017

Millimizin futbolçusu Skandinaviya klubuna gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Maliyyə problemiylə üz-üzə qalan "İnter"i Rauf Əliyev kimi, daha bir hücumçu tərk etmək istəyir.

"Qaynarinfo" Fanat.az-a istinadən xəbər verir ki, Pərdis Fərcad-Azad son 3 ayın əməkhaqqısını və Avroliqa oyunlarına görə təyin edilən mükafatı verməyən "ağ-göylər"in yeni müqavilə təklifini cavabsız qoyub. 

Sözləşməyə qol çəkməyən Pərdis İsveçin elita təmsilçisi "Eskilstun"dan real təklif alıb. Millimizin forvardı şimallılara "hə" deməsə də, yaxın günlərdə məsələ həllini tapacaq. Pərdis öncə "İnter" rəhbərliyiylə danışacaq, ardından qərarını açıqlayacaq.

Qaynarinfo.Az