Millimizin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın "Finiks Rayzinq" klubu USL çempionatında növbəti oyununu keçirib.
Qaynarinfo xəbər verir ki, futbolçumuzun komandası "Las-Veqas Layts"ın qonağı olub. Oyun 3:3 hesabı ilə başa çatıb.
Rüfət Dadaşov start heyətində meydana çıxıb və sonadək oynayıb. Futbolçumuz 5-ci dəqiqədə matçın ilk qolunu vurub.
Qeyd edək ki, bu Rüfət Dadaşovun cari mövsümdə keçirdiyi 9-cu oyunda 6-cı qolu olub.
Onu da qeyd edək ki, "Finiks Rayzinq" 9 oyundan sonra 20 xalla B qrupunun lideridi.