Xəbər lenti

Millimizin futbolçusu Gürcüstan klubunda
İdman13:55 28.01.2023

Millimizin futbolçusu Gürcüstan klubunda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın U-21 millisinin və "Sabah"ın futbolçusu Abdulla Xaybulayev Gürcüstanın "Samtrediya" komandasına keçib.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi yüksək liqa təmsilçisi ilə müqavilə imzalayıb.
Sözləşmənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Abdulla Xaybulayev "Sabah"da 15, yığmada isə 3 oyun keçirib.