Xəbər lenti

Millimizin futbolçusu İspaniya klubundan ayrıldı
İdman14:38 01.07.2016

Millimizin futbolçusu İspaniya klubundan ayrıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan yığmasının futbolçusu Eddi İsrafilov İspaniyanın “Kordoba” klubunda da qalmayıb. 

Qaynarinfo.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, millimizin yarımmüdafiəçisi Sequnda klubundan ayrılıb. Buna səbəb Eddinin “Kordoba” ilə icarə müddətinin başa çatmasıdır. Müqavilə ilə “Mursiya”ya məxsus olan 24 yaşlı oyunçunun yanvar ayında icarəyə keçdiyi “Kordoba” ilə anlaşma müddəti bu gün başa çatıb.

2011-ci ildən “Mursiya”ya məxsus olan Eddi İsrafilov bununla həmin vaxtdan bəri icarə əsasında yollandığı 4-cü klubda da özünü doğrulda bilməyib. O bu ilin ilk 6 ayında “Kordoba”nın heyətində 9 oyunda iştirak edib.

Qeyd edək ki, Eddi İsrafilov Azərbaycan yığmasında 5 oyun keçirib.

Qaynarinfo.az