
Milli komandamızın futbolçusu Üfüq Budağın Türkiyə Superliqasında mübarizə aparan “Kayserispor” klubu ilə razılıq əldə etməsini xəbər vermişdik.
Qaynarinfo.az xəbər verir ki, 26 yaşlı sol cinah müdafiəçisi bu gün yeni klubu ilə münasibətlərini rəsmiləşdirib. Kayseri təmsilçisi Karpuzatan adlı bazasında Budaqla yanaşı, Anıl Karaər və Kolibay Sönməzlə də rəsmi müqavilə imzalayıb.
Üfüqlə, eyni zamanda onun kimi sol cinah müdafiəçisi olan Anılla 2 illik müqavilə bağlanılıb. Kolibay isə 4 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Üfüq Budağın son komandası Türkiyə I dəstəsində mübarizə aparan “Qaziantep Böyükşəhər Bələdiyyəsi” olub.

Qaynarinfo.az