Xəbər lenti

Millimizin futbolçusuna Təməltaşın klubundan təklif gəldi
İdman13:28 20.05.2016

Millimizin futbolçusuna Təməltaşın klubundan təklif gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Millimizin və Almaniyanın "Fortuna" (Düsseldorf) klubunun üzvü Toğrul Erat Türkiyədə çıxış edə bilər.

Qaynarinfo.az xəbər verir ki, Erata Türkiyənin I dəstə klubu "Altınordu"dan təklif gəlib. 

Almaniyada başa çatmış mövsümü "Fortuna"nın əsas yox, II komandasında keçirən 23 yaşlı yarımmüdafiəçi isə İzmir klubundan düşünmək üçün vaxt istəyib. Çünki "Fortuna" ilə müqaviləsi başa çatmış futbolçuya Almaniya 2-ci Bundesliqada çıxış edən "Duysburq"dan da təklif var.

Qeyd edək ki, mövsümü X pillədə başa vurmuş "Altınordu"da 21 yaşadək millimizin sabiq mərkəz yarımmüdafiəçisi Timur Təməltaş da çıxış edir.  

Qaynarinfo.az