Xəbər lenti

Millimizin heyəti açıqlandı: 2 oyuna 25 futbolçu
İdman11:25 23.08.2017

Millimizin heyəti açıqlandı: 2 oyuna 25 futbolçu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli komandamızın Norveç və San Marino ilə oyunları üçün heyəti açıqlanıb. "Qaynarinfo" xəbər verir ki, baş məşqçi Robert Prosineçki "DÇ-2018"in seçmə mərhələsinin oyunları üçün 25 futbolçuya dəvət göndərib.

Heyətdə 6 legioner yer alıb. Çexiyanın "Mlada", Ukrayanın "Aleksandriya", Cənubi Kiprin "Anortosis", Slovakiyanın "Jilina", Almaniyanın "Aue" və "Ayntraxt" klublarının üzvləridi. 

Qeyd edək ki, millimiz sentyabrın 1-də Oslo şəhərində Norveçin qonağı olacaq, sentyabrın 4-də Bakıda San Marinonu qəbul edəcək.

Qapıçılar: Kamran Ağayev (Mlada, Çexiya), Anar Nəzirov (Zirə), Səlahət Ağayev (Neftçi).

Müdafiəçilər: Bədavi Hüseynov, Maksim Medvedev, Rəşad Sadıqov (hamısı "Qarabağ"), Ürfan Abbasov (Qəbələ), Maqomed Mirzabekov (Neftçi), Tərlan Quliyev (İnter), Pavel Paşayev (Aleksandriya, Ukrayna).

Yarımmüdafiəçilər: Qara Qarayev, Rahid Əmirquliyev, Əfran İsmayılov, Riçard Almeyda (hamısı "Qarabağ"), Namik Ələskərov, Ruslan Abışov (ikisi də "Neftçi"), Cavid Hüseynov (Qəbələ), Təmkin Xəlilzadə (Zirə), Araz Abdullayev (Anortosis, Cənubi Kipr).

Hücumçular: Mahir Mədətov, Ağabala Ramazanov (ikisi də "Qarabağ"), Ruslan Qurbanov (Qəbələ), Dmitri Nazarov (Aue, Almaniya), Ramil Şeydayev (Jilina, Slovakiya), Renat Dadaşov (Ayntraxt, Almaniya).

Qaynarinfo.Az